Hikmət Hacıyev ermənilərin “qədimi kitab” fırıldağını diplomatlara göstərdi – Video


Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğal müddətində monastırda ermənilərin qədim kitablarının sərgisi kimi təqdim olunan kitabların saxta olduğunu diplomatik korpusun nümayəndələrinə göstərib.
Yeniavaz.com
xəbər verir ki, Hacıyev kitablarda sadəcə bir səhifədə mətn və rəsm olduğunu, digər səhifələrin boş olduğunu bildirib.
Həmin anları əks etdirən kadrları təqdim edirik:

Qeyd edək ki, diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş ərazilərə səfər ediblər. Qarabağa səfərlərinin ikinci günündə onlar Azərbaycaycanın Ağdərə rayonunda yerləşən erməni vandalizminə məruz qalmış, Qafqaz Albaniyasının dini və mədəni mərkəzlərindən biri Gəncəsər Monastır Kompleksinə baxış keçiriblər.

DİGƏR XƏBƏRLƏR

Top