ABŞ-ın iri şirkətləri Trampın əksinə qaçqınlara sahib çıxdılar

ABŞ-ın iki nəhəng şirkəti “Starbucks” və “AirBnb” prezident Donald Trampın qaçqın və miqrantlarla bağlı məlum qərarlarına qarşı əks addımlar atmağa başlayıb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ-ın kofe satışı üzrə şirkəti “Starbucks” fəaliyyət göstərdiyi 75 ölkədə 5 il ərzində 10 min qaçqına iş yeri verəcəyini açıqlayıb. “Starbucks”un baş icraçı direktoru Hovard Şultz şirkət işçilərinə göndərdiyi məktubda “Amerika arzusu”nun vəd etdiyi dəyərlərin sorğu-sual edildiyi görünməmiş dövr yaşandığını qeyd edib. Şirkətin müharibə, zorakılıq, zülüm və diskriminasiyadan qaçanları işlə təmin etmək üçün səylərini ikiqat artıracağını vurğulayan H. Şultz qarşıdakı 5 il ərzində dünya üzrə 10 min qaçqına iş yeri verəcəklərini bildirib: “Şirkət Meksikaya sərmayə qoymağa davam edəcək”. Dünya üzrə fərdi mənzillərin qısamüddətli kirayəsi, yerləşdirilməsi və axtarışı üzrə onlayn platforma olan “AirBnb” şirkətinin baş icraçı ditrektoru Brayn Çeski isə bildirib ki, D. Trampın mübahisəyə səbəb olan qərarlarından təsirlənənləri pulsuz qalacaq yerlərlə təmin edəcək: “3 milyondan çox evimiz var. Qadağaların toxunduğu və qalacaq yeri olmayan hər kəs şəxsi elektron poçt ünvanıma müraciət etsin”. Bundan başqa, “Nertlix” və “Tvitter” şirkətləri də ABŞ-ın köçkünlər tərəfindən qurulduğuna diqqət çəkərək, haradan gəlmələrindən asılı olmayaraq köçkünlərin yanında olduqlarını qeyd ediblər.

DİGƏR XƏBƏRLƏR

Top