
Dnepropetrovsk vilayət hərbi administrasiyasının məlumatına görə, sentyabrın 12-də, sübh tezdən Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərindəki fabrikə raket zərbəsi endirib.
Yeniavaz.com xəbər verir ki, qurumdan bildirilib ki, hücum nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Zaporojye Regional Müdafiə Şurasının məlumatına görə isə, Zaporojye şəhərində baş verən hücumlar nəticəsində 64 yaşlı bir qadın və 37 yaşlı bir kişi həlak olub, 59 yaşlı bir qadın isə yaralanıb.
Rusiyaya məxsus pilotsuz təyyarə, həmçinin Odessada 25 mərtəbəli yaşayış binasına zərbə endirib. Odessa hərbi administrasiyası bildirib ki, beş aylıq körpə də daxil olmaqla, ən azı 23 nəfər yaralanıb. Bir uşaq da daxil olmaqla yeddi nəfər xəstəxanaya aparılıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya ordusu hücumlarda ballistik, kruiz və idarə olunan raketlərdən və 129 drondan istifadə edib.
Rusiya Müdafiə Nazirliyi bildirir ki, gecə ərzində Zaporojye, Krivoy Roq və Odessadakı hərbi hədəflərə zərbələr endirilib.
Tətbiqimizi yükləyə bilərsiniz