“ABŞ bütün şərtlərimizi qəbul etməsə, danışıq olmayacaq”


“Vaşinqton Tehranın bütün şərtlərini qəbul etməyincə, İran və ABŞ arasında danışıqlar aparılmayacaq”.
Yeniavaz.com
xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi “X” hesabında yazıb.
İranlı qanunverici həmçinin ABŞ-ni Tehranın qətiyyətini yenidən sınamağın mümkün nəticələri barədə xəbərdar edib. Onun sözlərinə görə, bu, yalnız yeni itkilərə və Vaşinqton üçün daha ağır məğlubiyyətlərə səbəb olacaq.
“Qətiyyətimizi yenidən sınamaq yalnız utancverici məğlubiyyətlərinizin qiymətini artıracaq. Şübhəsiz ki, miqyasından asılı olmayaraq heç bir cinayət cavabsız qalmayacaq. İranın cavabı dağıdıcı, daha da ağrılı və klassik olacaq və bu, ABŞ-nin uğradığı məğlubiyyətlər seriyasında daha bir halqa olacaq”, - Əzizi bildirib.

DİGƏR XƏBƏRLƏR

Top