Mağazadan 20 min manata yaxın pulu belə oğurladı – Video


Şirvan şəhərində yerləşən inşaat materiallarının satışı mağazalarının birindən 18327 manat və 800 ABŞ dolları oğurlanması barədə polisə məlumat daxil olub.
Yeniavaz.com
DİN-in yaydığı məlumata istinadla xəbər verir ki, Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər də məhkum olunmuş 35 yaşlı Valid Əhmədov saxlanılıb.
“Saxlanılan şəxsin həmin mağazadan oğurluq etməyi qabaqcadan planlaşdırdığı, hadisə zamanı isə maska və əlcəkdən istifadə etdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, V.Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top