Pakistan Ermənistana ilk səfirini təyin etdi


Pakistanın Ermənistandakı ilk səfiri Şavkat Əli Xan etimadnaməsini prezident Vaaqn Xaçaturyana təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Qeyd edək ki, diplomatik münasibətlər qurulmazdan əvvəl Pakistan dünyada Ermənistanı tanımayan yeganə ölkə idi.
Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar 31 avqust 2025-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulması haqqında birgə kommünike imzalayıblar.

DİGƏR XƏBƏRLƏR

Top