“Bu, Rusiya ilə müharibə deməkdir” – Putindən Avropa ölkələrinə xəbərdarlıq


Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskvanın Avropa ölkələri ilə münaqişə üçün heç bir əsası yoxdur, çünki İkinci Dünya Müharibəsinin nəticələri ilə bağlı məsələlər həll olunub.
Yeniavaz.com
“Kommersant”a istinadla xəbər verir ki, eyni zamanda, o, Avropa qoşunlarının Ukraynaya mümkün girişinin Rusiya ilə müharibə demək olacağı barədə xəbərdarlıq edib.
“Avropa ilə münaqişə üçün heç bir əsasımız yoxdur. Bütün məsələlər İkinci Dünya Müharibəsinin nəticələri ilə həll olunub. Bəs indi onlar xalqlarını, ölkələrini nəyə sövq edirlər? Rusiya Federasiyası ilə müharibəyə?” - deyə Putin bildirib.
Rusiya prezidenti qeyd edib ki, Avropa ölkələri hazırda Ukrayna ərazisində öz hərbi qüvvələrini yerləşdirmək imkanlarını müzakirə edirlər. Onun sözlərinə görə, belə bir addım Avropanın Rusiya ilə münaqişəyə birbaşa cəlb olunması demək olardı.
Putin həmçinin bildirib ki, Sovet İttifaqının dağılmasından sonra Qərb ölkələri Rusiyaya təzyiqi artırmağa çalışıblar:
“Əvvəlcə bunun üçün Qafqazda fəaliyyət göstərən terrorçu qruplardan, indi isə Ukraynadakı neonasist rejimindən istifadə olunub”.

DİGƏR XƏBƏRLƏR

Top