"Kalininqradın Avropaya qaytarılacağı barədə açıqlamalar əsassızdır"

"Kalininqradın Avropaya qaytarılacağı barədə verilən açıqlamalar əsassızdır və heç bir hüquqi prinsipə söykənmir". "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Beynəlxalq Hüquq Assosiasiyasının prezidenti Anatoli Kapustin deyib. O RİA Novosti-yə verdiyi açıqlamasında bildirib ki, Kalininqrad və Kuril adası o dövrdə ölkəni idarə edənlərin istəyinə görə deyil, nasist Almaniyası və Yaponiya tərəfindən həyata keçirilən cinayətin əvəzi olaraq SSRİ-nin nəzarəti altına keçib. Xatırladaq ki, bir neçə gün öncə Litvadan olan deputat Linas Balsis "Dünya 2017-ci ildə" adlı konfransdakı çıxışında deyib ki, Avropa Kalininqradın ( Keniqsberq) geri qaytarılmasına nail olmalıdır. Çünki II Dünya müharibəsindən sonra sərhədlər artıq öz hüquqi əsaslarını itiriblər.

Aleksandr Kapustin litvalı deputata cavabında: "Litvalı deputatın açıqlamasını şərh etmək indiki vziyyətdə olduqca çətindir. Bu adam verdiyi açıqlama ilə siyasi xal yığmaq, ya da xarici himayədarlarının rəğbətini qazanmaq istəyir",-deyib.

Qeyd edək ki, SSRİ 1945-ci ildə Almaniyanı işğal edəndən sonra o dövrdə Keniqsberq (Şərqi Prussiya) adlanan bu şəhəri özünə birləşdirib.

DİGƏR XƏBƏRLƏR

Top