
Ukraynanın Krıma endirdiyi dron zərbəsi zamanı azərbaycanlı sürücünün öldüyü bildirilir.
Yeniavaz.com Gürcüstan mətbuatına istinadla xəbər verir ki, söhbət Bolnisinin Arıxlı kəndinin sakini 45 yaşlı Mahir Məmmədovdan gedir.
Məlumata görə, M.Məmmədov yük avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsi dronla vurulub, nəticədə, yanğın olub və o dünyasını dəyişib.
Məlumata görə M. Məmmədovun cənazəsinin öz kəndinə aparılması istiqamətində işlər həyata keçirilir.
Tətbiqimizi yükləyə bilərsiniz