
Nepalda buzlaqların çökməsi nəticəsində baş verən dağıdıcı daşqınların iqtisadi nəticələri açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nepal Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, daşqınların vurduğu fiziki ziyan 1,8 milyard dollar, iqtisasdi ziyan isə 883 milyon dollar təşkil edir.
Digər tərəfdən, daşqınların bərpa xərcləri 4,78 milyard dollar qiymətləndirilir.
Bu məbləğin təxminən 57,67 milyon dollarının növbəti altı ay ərzində qısamüddətli bərpa üçün, təxminən 4,71 milyard dolları isə uzunmüddətli bərpa üçün lazım olduğu təxmin edilir.
Qeyd edək ki, avqustun 26-da Nepal-Çin sərhədində dağ buzlağının çökməsi nəticəsində sunamiyə bənzər dağıdıcı daşqın baş verib. Təbii fəlakət 1400-dən çox insanın ölməsinə, daha 5600-dən çox insanın isə itkin düşməsinə səbəb olub.
Tətbiqimizi yükləyə bilərsiniz