V Haraldın bacısı da vəfat etdi


Norveç şahzadəsi Astrid qardaşı Kral V Haraldın ölümündən düz iki həftə sonra, sentyabrın 11-də 94 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə kral mətbuat xidməti məlumat yayıb.
“Şahzadə Astrid Mod İngeborq bu gün 94 yaşında vəfat edib. O, 1954-cü ildən 1968-ci ilə qədər 14 il ərzində Birinci Xanım kimi xidmət edib və son günlərinə qədər rəsmi tədbirlərdə iştirak edi”, - kral mətbuat xidməti bildirib.
Norveçdə, əksər ölkələrdən fərqli olaraq, “Birinci xanım” termini baş nazirin həyat yoldaşına deyil, kral ailəsinin ən yüksək vəzifəli üzvünə aiddir. Astrid anası Şahzadə Martanın ölümündən sonra 1954-cü ildə Birinci xanım olub. 1968-ci ildə qardaşı Harald Birinci xanım olan Sonya ilə evləndikdən sonra bu titul ona keçib.
Şahzadə Astridin ölüm səbəbi dəqiqləşdirilməyib.
Kral VIII Haakon başsağlığı verib və tarixi hələ açıqlanmayan dəfn günü Oslodakı Kral Sarayındakı bayraqların yarıya endirilməsini əmr edib.
Qeyd edək ki, şahzadə Astrid 12 fevral 1932-ci ildə Osloda anadan olub. O, Kral Olav və Tac Şahzadəsi Martanın ortancıl övladı idi.

DİGƏR XƏBƏRLƏR

Top