
Ermənistan qaz tədarükünü şaxələndirməyə davam edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasından sonra keçirilən brifinqdə jurnalistlərin Rusiya qazının qiymətlərinin mümkün artımı ilə bağlı suallarını cavablandırarkən bildirib.
Ermənistan hökumətinin başçısı qeyd edib ki, İrəvan Moskvanın qiymət siyasətindən asılı olmayaraq, böyük həcmli təchizat üçün alternativ marşrutlar və mənbələr axtaracaq.
Onun sözlərinə görə, bu cür təchizatçılar nə qədər çox tapılsa, bir o qədər yaxşıdır.
“Əgər ikinci, üçüncü və ya dördüncü mənbədən qaz tədarük etmək imkanı yaranarsa, biz bu imkandan istifadə edəcəyik. Əgər TRIPP (Tramp Marşrutu) vasitəsilə qaz kəməri çəkmək imkanı yaranarsa, biz buna da gedəcəyik”, - Paşinyan qeyd edib.
Paşinyan respublikada qazın qiymətinin hazırda ən yüksək həddə olduğunu əlavə edib.
Ermənistan Baş nazirinin sözlərinə görə, Rusiya qazından əlavə, Ermənistan elektrik enerjisi istehsal etmək üçün İrandan da qaz idxal edir və bu qaz daha sonra müqaviləyə uyğun olaraq artıq qalan hissə saxlanılmaqla kubmetr üçün 3 kilovat-saat tariflə İrana qaytarılır.
Tətbiqimizi yükləyə bilərsiniz