HƏMAS-ın daha iki komandiri zərərsizləşdirildi


İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağında HƏMAS hərəkatının silahlı birləşmələrinin iki komandirini zərərsizləşdirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat verib.
Məlumata görə, onlardan biri HƏMAS-ın Xan Yunisdəki hərbi qanadının komandiri Məhəmməd Yazuridir.
Ordu mətbuat xidməti bildirib ki, eyni HƏMAS bölməsindən daha iki silahlı öldürülüb.
Qəzza zolağının Misirlə sərhədində yerləşən Refah şəhəri yaxınlığında keçirilən başqa bir əməliyyatda isə HƏMAS hərəkatının silahlı birləşmələrinin digər komandiri Muammen Cabr əs-Sayed Əbu Labda zərərsizləşdirilib.
İsrail ordusunun məlumatına görə, o, Refahda HƏMASın snayper bölməsinə komandanlıq edib.

DİGƏR XƏBƏRLƏR

Top