
ABŞ Sikkəxanası 2001-ci il 11 sentyabr terror aktlarının 25-ci ildönümü münasibəti ilə 50 sentlik sikkə buraxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Xatirə sikkəsi Filadelfiyada zərb edilib. Sikkənin üzərində Azadlıq Heykəli, yanında isə “Heç vaxt unutma. 11/9/01” yazısı var.
Qeyd edək ki, 11 sentyabr 2001-ci ildə 19 “Əl-Qaidə” terrorçusu ABŞ-də dörd sərnişin təyyarəsini qaçırıb. Onlardan ikisi Nyu-York şəhərindəki Dünya Ticarət Mərkəzinin Əkiz Qüllələrinə, ikisi isə Vaşinqton şəhərinə istiqamətləndirilib. Dördüncü təyyarə hədəfinə çata bilməyib və Pensilvaniya ştatının Şanksvill şəhəri yaxınlığında qəzaya uğrayıb. Nəticədə. 2996 nəfər həlak olub. Yaralananların sayı isə 6000 nəfəri keçib. Bu faciə ABŞ-nin terrorizmə qarşı qlobal müharibə elan etməsinə səbəb olub.
Tətbiqimizi yükləyə bilərsiniz