Teatra ən çox hansı ölkənin vətəndaşları gedir? - CƏDVƏL

Azərbaycanda 28 peşəkar teatr fəaliyyət göstərir və il ərzində teatra gələn tamaşaçıların sayı 800 min nəfər olub. "Yeniavaz.com"un Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu statistik göstəricilərə istinadən apardığı hesablama göstərir ki, teatra gedən insanların sayının ümumi əhalinin sayına olan nisbətinə görə, Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr (9 ölkə) arasında 7-ci sırada qərarlaşıb. Belə ki, Azərbaycanda teatra gedən insanların sayı ümumi əhalinin 8,3%-nə bərabər olub. Teatra gedən insanların sayının ümumi əhalinin sayına olan nisbətinə görə, Azərbaycan yalnız Tacikistan və Qırğızıstandan irəlidədir. İl ərzində Tacikistanda əhalinin 5,9%-i, Qırğızıstanda isə 3,4%-i teatra gedib. Bu göstərici, yəni teatra gedən insanların sayının ümumi əhalinin sayına olan nisbəti Rusiyada 26,1%, Belarusda 20%, Ermənistanda 16,6%, Ukraynada 13,1%, Qazaxıstanda 12,6%, Moldovada isə 11,1% təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top