Sabah bu küçələrdə yol bağlı olacaq


Bakının Xətai rayonunda aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 12-də saat 07:00-dan etibarən üç ünvanda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Məlumata görə, məhdudiyyət rayonun Abdulla Rəhimov, İlqar Abbasov, Həzi Aslanov küçələrində tətbiq olunacaq.
Təmir işləri ilə əlaqədar sözügedən ərazilərdə nəqliyyatın hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.
Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.
“Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur”, - məlumatda qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top