“Bloomberg”in milyarderlər reytinqi: İlk dəfə ilk 10 yeri amerikalılar tutdu


“Bloomberg”in milyarderlər reytinqində ilk dəfə olaraq ilk 10 yeri ABŞ vətəndaşları tutub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə agentliyin saytında məlumat verilib.
Məlumata görə, buna səbəb fransız lüks mallar maqnatı Bernar Arnonun dünyanın ən varlı 10 adamı siyahısından çıxıb və onun yerinə sərvəti 144 milyard dollar qiymətləndirilən 96 yaşlı investor Uorren Baffet dünyanın ən varlı 10-cu adamı olub.
SiyahıYa 919 milyard dollarla “Space X”in sahibi İlon Mask başçılıq edir. “Google”ın həmtəsisçisi Larri Peyc isə 286 milyard dollarla ikinci yeri tutur,. “Amazon“un təsisçisi Ceff Bezos isə 274 milyard dollarla ilk üçlüyü tamamlayır.
4-cü yerdən 9-cu yerə qədər “Google”ın həmtəsisçisi Sergey Brin (266 milyard dollar), “Dell”in təsisçisi Maykl Dell (245 milyard dollar), “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq (229 milyard dollar), “Oracle”ın həmtəsisçisi Larri Ellison (208 milyard dollar), “Nvidia”nın baş direktoru Censen Huanq (181 milyard dollar) və “Microsoft”un keçmiş baş direktoru Stiv Ballmer (172 milyard dollar) qərarlaşıb.
Qeyd edək ki, yeni siyahıda milyarderlərin sayına görə ilk üç yeri ABŞ, Çin və Almaniya tutub. Ümumilikdə, dünya üzrə milyarderlərin sayı rekord həddə - 3795 nəfərə çatıb və onların ümumi sərvəti 15,1 trilyon dollar təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top