
Mərakeşdəki yeni “II Hassan” stadionu 2030-cu il Dünya Kubokunun final oyununa ev sahibliyi edəcək.
Yeniavaz.com “Efe” agentliyinə istinadla xəbər verir ki, bu barədə Mərakeş Kral Futbol Federasiyasının (RMFF) rəhbəri Fauzi Lekja bildirib.
“Bensliman əyaləti 2030-cu il Dünya Kuboku finalına ev sahibliyi etmək şərəfinə nail olacaq”, - Lekja qeyd edib.
Qeyd edək ki, avqust ayında “The Times” qəzeti FİFA prezidenti Canni İnfantinonun qarşıdan gələn seçkilərdə dəstək müqabilində Mərakeşə finala ev sahibliyi etmək hüququnu vəd etdiyini yazmışdı . FİFA bu məlumatı yalan adlandırmış və yekun qərarın daha sonra veriləcəyini bildirmişdi.
Xatırladaq ki, “II Hassan” stadionu Kasablanka yaxınlığında tikilir. Stadion təxminən 115 000 tamaşaçı tutumuna malik olacaq və tikintisi başa çatdıqdan sonra dünyanın ən böyük stadionuna çevriləcək.
2030-cu il Dünya Kubokuna İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək. 2034-cü ildə isə yeganə ev sahibi ölkə Səudiyyə Ərəbistanı olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz