
Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Xatırladaq ki, bu il fevralın 20-də Prezident İlham Əliyev “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxsin yenidən təşkili haqqında Fərman imzalayıb. Sənədə əsasən, “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” (BMTM) publik hüquqi şəxs Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə qoşulub.
Tətbiqimizi yükləyə bilərsiniz