Ermənistan baş nazirindən sərsəm açıqlama

Ermənistanın baş naziri Karen Karapetyan növbəti dəfə ermənilər və Ermənistan barədə əsassız, saxta və təbəssüm doğuran iddialarla çıxış edib. K. Karapetyan bu dəfə İrəvanı qədim erməni şəhəri kimi təqdim edib və onun Romadan daha qədim olduğunu bildirib. “Yeniavaz.com”un məlumatına görə, bu barədə Ermənistanın baş naziri “Mir 24” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Ermənistan xristianlığı dövlət dini qismində qəbul etmiş ilk xristian ölkəsidir: “Millətimizin təqribən 6 min yaşı var və bizim bunu təsdiq edən qazıntılarımız var. Biz Xeops piramidalarından 1000 il böyüyük. Paytaxtımız Yerevanın təqribən 2800 yaşı var. Bu, əbədi Romadan 50 il böyükdür”.

DİGƏR XƏBƏRLƏR

Top