İmamoğlu barəsində 2 il 1 ay həbs qərarı verildi


Tuzlanın keçmiş bələdiyyə başçısı Şadi Yazıcının böhtan iddiası üzrə İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğluna qarşı qaldırdığı məhkəmənin ikinci prosesi bu gün Silivridə keçirilib.
Yeniavaz.com
“Cümhuriyet”ə istinadla xəbər verir ki, İmamoğlu bu işlə bağlı daha əvvəl iki dəfə bəraət alıb.
Lakin qarşı tərəfin etirazlarından sonra, o növbəti dəfə hakim qarşısına çıxarılıb.
Məhkəmə heyəti bu dəfəki prosesdə Ə.İmamoğlunun sözügedən cinayəti törətdiyinə qənaət gətirib və onun barəsində 2 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verib.
İmamoğlu, həmçinin siyasi fəaliyyətdən də məhrum edilib.
Onun özünə qarşı irəli sürülən ittihamlara etirazı məhkəmə tərəfindən əsassız sayılaraq rədd edilib.
Qeyd edək ki, Ş.Yazıcı Əkrəm İmamoğlunu ictimai tədbirdə ona qarşı təhqiramiz ifadələr işlətməkdə ittiham edərək məhkəməyə üz tutub.
Xatırladaq ki, İmamoğlu 2025-ci il 19 mart tarixindən etibarən həbsdədir.

DİGƏR XƏBƏRLƏR

Top