Hansı ölkədə neçə ilə mənzil almaq mümkündür? – Azərbaycan regionda sonuncudur


Dünyada mənzil sahibi olmağın ən çətin olduğu ölkə Nigeriya hesab olunur.
Yeniavaz.com
“Numbeo” portalında yer alan məlumatlara istinadən xəbər verir ki, Nigeriyada bir ailənin 90 kv. metr sahəsi olan bir mənzil ala bilməsi üçün orta hesabla 116,3 il vaxt lazımdır.
Məlumat üçün bildirək ki, 108 ölkənin yer aldığı siyahıda Azərbaycan 19-cu sırada yer alıb. Azərbaycanda bir ailə mənzil ala bilmək üçün 17,6 il gəlirlərini toplamalıdır.
Qeyd edək ki, Nigeriyadan sonra mənzil sahibi olmağın ən çətin olduğu ölkələr arasında Şri-Lanka (55,4 il), Qana (49 il), Kuba (48,4 il), Kamerun (46 il), Nepal (39,5 il), Honq Konq (35,2 il), Kamboca (35 il), Filippinlər (34,5 il), Vyetnam (32,7 il) yer alıb.
108 ölkənin yer aldığı siyahıda mənzil sahibi olmağın ən asan olduğu ölkə isə Cənubi Afrika Respublikası hesab olunur. Bu ölkədə bir ailə öz gəlirlərini cəmi 3,1 il ərzində toplamaqla mənzil sahibi ola bilir. Ən qısa müddətdə mənzil sahibi olmağın mümkün olduğu ölkələrin sıralamasında növbəti yerlərdə ABŞ (3,4 il), Oman (3,8 il), Qətər (4,5 il), Səudiyyə Ərəbistanı (4,7 il), Bəhreyn (5 il), Küveyt (6,1 il), İrlandiya (6,2 il), Belçika (6,3 il), Finlandiya (6,6 il) qərarlaşıb.
Keçmiş SSRİ və qonşu ölkələrin sıralamadakı mövqeyi və mənzil sahibi olmaq üçün neçə il lazım olduğu aşağıdakı kimidir:
19-cu yerdə Azərbaycan – 17,6 il;
24-cü yerdə İran – 16 il;
26-cı yerdə Ermənistan – 15,4 il;
33-cü yerdə Qırğızıstan – 14,6 il;
35-ci yerdə Moldova – 14,2 il;
41-ci yerdə Rusiya – 13,1 il;
50-ci yerdə Gürcüstan – 12,2 il;
54-cü yerdə Özbəkistan – 11,8 il;
55-ci yerdə Ukrayna – 11,8 il;
67-ci yerdə Belarus – 10,6 il;
68-ci yerdə Tacikistan – 10,3 il;
72-ci yerdə Qazaxıstan – 9,5 il;
73-cü yerdə Estoniya – 9,4 il;
75-ci yerdə Litva – 9,2 il;
84-cü yerdə Latviya – 8 il;
99-cu yerdə Türkiyə – 6,6 il.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top