
Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) sədr seçkisi keçirilib.
Yeniavaz.com xəbər verir ki, Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.
O, səs çoxluğu ilə ittifaqın növbəti rəhbəri kimi təsdiqlənib.
Qeyd edək ki, 81 yaşlı Şəfiqə Məmmədova yeganə namizəd olub.
Tətbiqimizi yükləyə bilərsiniz