İsrail 1 100 tonluq partlayıcıdan istifadə etdi: 4,1 ballıq zəlzələ oldu – Video


İsrail Livanda Hizbullahın əsas tunel şəbəkələrini partlayıcılarla məhv edib.
Yeniavaz.com
xəbər verir ki, sosial mediada yayılan görüntülərdə İsrail qoşunlarının ötən həftə nəzarəti ələ keçirdiyi Əli əl-Tahir silsiləsində güclü partlayışların baş verdiyi görünür.
Bəzi mənbələr 2 kilometrdən çox uzunluğu olan tunellərin məhv edilməsi üçün 1 100 ton partlayıcıdan istifadə edildiyini bildirir.
“France24” isə yazır ki, partlayışlar nəticəsində 4,1 bal gücündə zəlzələ meydana gəlib.
İsrail Müdafiə Qüvvələrinin (IDF) məlumatına görə, strateji infrastruktur İranın maliyyə dəstəyi ilə 20 ildən artıq müddət ərzində inşa edilib. Bildirilib ki, burada “Bədr” bölməsinin komandanlıq mərkəzi, silah saxlama otaqları və yaşayış bölmələri yerləşib.

DİGƏR XƏBƏRLƏR

Top