
UEFA Çempionlar Liqasının ilk həftəsində “Fənərbağça”nın evdə “Roma” ilə 1-1 heç-heçə etməsindən sonra baş məşqçi İsmail Kartal istefa verib.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.
“Klubumun yolunu açmaq üçün bu qərarı verdim. Bir daha geri qayıtmayacağam”, - Kartal bildirib.
O daha sonra oyunçulara və azarkeşlərə təşəkkür edib.
“Çempionlar Liqası matçları strateji matçlardır. Oyunçularım strategiyamızı əvvəldən axıra qədər yerinə yetirdilər. Çempionlar Liqasına layiq bir futbol nümayiş etdirdik. Qələbəni əldən verən komanda biz idik. Oyunçularımı dediklərimi yerinə yetirdikləri üçün təbrik edir və təşəkkür edirəm”, - Kartal qeyd edib.
Kartal sualları cavablandırmaqdan imtina edib.
Tətbiqimizi yükləyə bilərsiniz