
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin Məkkə sazişində iştirak etmək üçün yeni ölkələri dəvət etmək planları yoxdur.
Yeniavaz.com “Dawn” qəzetinə istinadla xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səccad Heydər Xan həftəlik brifinqdə bildirib.
“Bu mərhələdə Məkkə sazişinin genişləndirilməsi ilə bağlı heç bir müzakirə yoxdur”, - o, qeyd edib.
XİN rəsmisinin sözlərinə görə, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı əvvəlcə əməkdaşlığını daha da gücləndirməlidirlər. Yalnız bundan sonra təşkilat oxşar mövqeləri və baxışları bölüşən bütün dövlətlər üçün açıq olacaq.
Qeyd edək ki, avqustun 7-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif Məkkə sazişini imzalayıblar. Sazişdə ölkələrdən hər hansı birinə edilən hücumun paktın bütün tərəflərinə qarşı təcavüz kimi qiymətləndiriləcəyi nəzərdə tutulur.
Tətbiqimizi yükləyə bilərsiniz