
Ukrayna Nazirlər Kabineti Rusiya və Belarusla sərhəddə xüsusi sərhəd rejimi tətbiq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti rəsmi saytında məlumat verib.
Məlumata görə, hərbi vəziyyət dövründə Rusiya və Belarusla dövlət sərhədində 1 km uzunluğunda zolaq daxilində bütün torpaq sahələrinə xüsusi sərhəd rejimi tətbiq edilməsi nəzərdə tutulub.
“Göstərilən ərazi daxilində şəxslərin qalması, yaşaması və hərəkət etməsi, eləcə də hərbi əməliyyatlar, müdafiə və ya dövlət sərhədinin mühafizəsi ilə əlaqəli olmayan işlərin görülməsi qadağandır”, - Dövlət Sərhəd Xidməti qeyd edib.
Dövlət Sərhəd Xidməti başqa heç bir məlumat verməyib.
Tətbiqimizi yükləyə bilərsiniz