
“Barselona”nın vingeri Lamin Yamal Çempionlar Liqasında “Feyenoord”a qarşı keçirilən oyunda ilk dəfə kapitan sarğısını taxıb.
Yeniavaz.com xəbər verir ki, oyun “Barselona”nın 5-1 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da, 19 yaşlı Yamal “Barselona”nın tarixində kapitan sarğısını taxan ən gənc oyunçu olub.
Əvvəlki rekord bu şərəfə 20 yaşında layiq görülən Boyan Krkiçə məxsus olub.
O, kapitan sarğısını Rafinyadan təhvil alıb. Artıq Yamal bu mövsüm “Barselona”nın beş kapitanından biridir. Rafinya əsas kapitandır, ardınca Pedri, Erik Qarsiya, Frenki de Yonq və Yamal gəlir. Kapitanlardan ilk ikisini baş məşqçi Hansi Flik, digər üçünü isə komanda seçib.
Qeyd edək ki, Yamal 2023-cü ildən bəri “Barselona”da oynayır. O, artıq milli komanda ilə Avropa və Dünya Kuboku titullarını qazanıb. Bu mövsüm Yamal beş oyunda iştirak edib, beş qol vurub və iki məhsuldar ötürmə edib.
Tətbiqimizi yükləyə bilərsiniz