Özbəkistan əlifbasını dəyişdi


Özbəkistan Senatı (parlamentin yuxarı palatası) özbək əlifbasında dəyişiklik edən qanunu təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, indi əlifba 26 hərf və üç kombinasiya əvəzinə 28 hərf və bir apostrofdan ibarət olacaq.
Mətbuat xidməti qeyd edib ki, dəyişikliklər qüvvəyə minənə qədər köhnə sistem sənədlərdə, qiymətli kağızlarda və banknotlarda istifadə oluna bilər.
Dövlət qurumlarının və təşkilatlarının rəmzlərinin, eləcə də köhnə yazı ilə yazılan lövhələrin istifadəyə yararsız hala düşənə və ya təyin olunmuş son istifadə müddəti başa çatana qədər istifadəsinə icazə veriləcək.
Senat üzvlərinin fikrincə, qanunun qəbul edilməsi özbək dilinin geniş istifadəsini və rəqəmsallaşdırılmasını asanlaşdıracaq.
Senatın təsdiqindən sonra qanun imzalanmaq üçün prezidentə göndəriləcək.

DİGƏR XƏBƏRLƏR

Top