"Sabah"ın U-19 komandası “Mançester Yunayted”ə məğlub oldu


“Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasında ilk oyununu keçirib.
Yeniavaz.com
xəbər verir ki, Adino Mustedanaqiçin rəhbərlik kollektiv səfərdə İngiltərənin “Mançester Yunayted” klubu ilə qarşılaşıb.
Oyun İngiltərənin Li şəhərindəki “Li Sports Villic” stadionunda baş tutub.
Matç ingilislərin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində həmçinin “Barselona”, “Vilyarreal” (hər ikisi İspaniya), “Borussiya Dortmund” (Almaniya), “Slaviya” (Çexiya) və ”Vikinq” (Norveç) komandaları ilə mübarizə aparacaq.

DİGƏR XƏBƏRLƏR

Top