
İsrail Sloveniyanın paytaxtı Lyublyanada səfirliyini açıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar “X” sosial şəbəkə səhifəsində bilidrib.
Onun sözlərinə görə, Sloveniya xarici işlər naziri Tone Kayzerlə açılış mərasimində iştirak edib.
İsrail XİN rəhbəri bunun bir il yarım ərzində İsrailin beşinci yeni səfirliyi olduğunu bildirib.
Qeyd edək ki, İsrail və Sloveniya 1992-ci ildə diplomatik münasibətlər qurublar, lakin o vaxta qədər Lyublyanada İsrailin diplomatik nümayəndəliyi olmayıb. İsrailn maraqları orada Avstriya diplomatları tərəfindən təmsil olunub. Sloveniyada İsrail səfirliyinin açılması qərarı iyun ayında, ölkədə hökumət dəyişikliyindən sonra verilib.
Tətbiqimizi yükləyə bilərsiniz