Bu ölkə BƏƏ ilə diplomatik əlaqələri kəsdi


Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə diplomatik əlaqələri kəsiiyini elan edib.
Yeniavaz.com
Əlcəzair dövlət televiziyasına istinadla xəbər verir ki, bu barədə Əlcəzair Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanata görə, Əlcəzair hakimiyyəti bu qərarı ikitərəfli münasibətlərin saxlanması üçün bütün variantlar tükəndikdən sonra verib.
Əlcəzair və BƏƏ arasında münasibətlər son vaxrlar daxili işlərə müdaxilə və regional təhlükəsizlik məsələlərində fikir ayrılıqları ilə əlaqədar gərginləşib.
2025-ci ilin oktyabr ayında Əlcəzair Prezidenti Əbdülməcid Tebbun Körfəz dövləti ilə münasibətlərin Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və Omanla münasibətlərlə eyni səviyyədə olmadığını bildirib. O, həmçinin BƏƏ-ni Əlcəzairdə sabitliyi pozamağa çalışmaqda günahlandırıb.
7 fevral 2026-cı ildə Əlcəzair BƏƏ ilə 2013-cü ildə bağlanmış hava əlaqəsi müqaviləsinin ləğvi proseduruna başlayıb. Əlcəzair tərəfi müvafiq qərar barədə BƏƏ hakimiyyət orqanlarını və Beynəlxalq Mülki Aviasiya Təşkilatını məlumatlandırıb.
Əlcəzair Xarici İşlər Nazirliyi BƏƏ səfirinə diplomatik əlaqələrin kəsilməsi haqqında qərarı həyata keçirmək üçün 48 saat vaxt verib.
Rəsmi Əbu-Dabi hələ ki. məsələ ilə bağlı şərh verməyib.

DİGƏR XƏBƏRLƏR

Top