Azərbaycana köçənlər ən çox 60-69 yaşlılar, xaricə köçənlər isə 30-34 yaşlılar olub


2025-ci ildə Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı gedənləri 1,4 min nəfər üstələyib.
Yeniavaz.com
xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycana daimi yaşamaq üçün 3 436 nəfər gəlib. Ölkədən daimi yaşamaq üçün gedənlərin sayı isə 2 015 nəfər olub.
Beləliklə, daimi miqrasiya üzrə müsbət saldo 1 421 nəfər təşkil edib.
Azərbaycana gələnlərin 1 669-u kişi, 1 767-si qadın olub. Ölkədən gedənlər arasında isə kişilər üstünlük təşkil edib: 1 098 kişi və 917 qadın.
Yaş qruplarına görə Azərbaycana gələnlər arasında ən yüksək göstərici 60-69 yaşlılarda qeydə alınıb. Bu yaş qrupunda ölkəyə 678 nəfər gəlib. Onların 442-si kişi, 236-sı qadın olub.
Bundan başqa, Azərbaycana daimi yaşamaq üçün 35-39 yaş qrupunda 416, 30-34 yaş qrupunda 329, 40-44 yaş qrupunda 319, 45-49 yaş qrupunda isə 295 nəfər gəlib.
Ölkədən gedənlər arasında isə ən çox 30-34 yaşlılar üstünlük təşkil edib. Bu yaş qrupunda 323 nəfər ölkəni tərk edib. Bundan başqa ötən il 35-39 yaşlarında olan 302 nəfər, 25-29 yaşlarında olan 309 nəfər daimi yaşamaq üçün başqa ölkələrə üz tutublar.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top