
Ötən il Azərbaycanda 59 min 834 nəfər vəfat edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, vəfat edənlərin 37,4%-i və ya 22 min 361 nəfəri 65 yaşından aşağı şəxslər, yəni pensiya yaşına çatmayan şəxslər olub.
Pensiya yaşına çatmadan vəfat edən kişilərin sayı daha çox olub. İl ərzində vəfat edən kişilərin 45,2%-i və ya 14 min 782 nəfəri pensiya yaşına (65 yaş) çatmadan ölüblər. Pensiya yaşına çatmadan ölən qadınların sayı isə 7 min 579 nəfər olub və bu, vəfat edən qadınların 17,9%-ni təşkil edib.
Məlumat üçün bildirək ki, 16 il əvvəl – 2010-cu ildə Azərbaycanda 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ yaranırdı.
Kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılıb.
Daha sonra kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2026-ci il iyulun 1-dək hər il 6 ay artırılıb.
Nəticədə son 16 ildə kişilərin pensiya yaşı 62-dən 65-ə, qadınların pensiya yaşı isə 57-dən 65-ə çatdırılıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz