
Husilər Yəmənin Qırmızı dənizin sahilində yerləşən Moha liman şəhərinə nəzarəti ələ keçiriblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, şəhər Bab əl-Məndəb boğazından 50 mildən də az məsafədə yerləşir.
Qeyd edək ki, daha əvvəl ərəb KİV-ləri cümə axşamı səhər saatlarında Yəmən hökumət qüvvələrinin şəhəri tərk etdiyini və bunun husilərin şəhərə doğru irəlilədiyi vaxt baş verdiyini bildirmişdi. Sosial şəbəkələrdə də Moha şəhərində husilərin döyüşçülərinin göründüyü iddia edilən foto və videolar yayılıb.
Nəşr qeyd edir ki, Mohanın ələ keçirilməsi husilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı ətrafındakı nəzarətini gücləndirə bilər.
Tətbiqimizi yükləyə bilərsiniz