Yaponiyada yeniyetmələr arasında intihar tarixi həddə çatıb


Yaponiyada intiharların sayı 2025-ci ildə rekord həddə düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, digər tərəfdən, yeniyetmələr arasında intihar nisbəti isə tarixi həddə çatıb.
“Keçən il intiharların ümumi sayı rekord səviyyədə aşağı olub. Lakin ibtidai, orta və lisey şagirdləri arasında bu rəqəm rekord səviyyədədir”, - deyə o bildirib.
Yaponiya Səhiyyə Nazirliyinin məlumatına görə, 2025-ci ildə ölkədə 19 min 188 intihar hadisəsi qeydə alınıb. Statistik məlumatların qeydə alınmağa başlandığı 1980-ci ildən bəri bu rəqəm ilk dəfə 20 mindən aşağı düşüb. Eyni zamanda, yetkinlik yaşına çatmayanlar arasında intiharların sayı ardıcıl ikinci ildir ki, artaraq 1082-yə çatıb. Məktəblilərin payına 538 intihar hadisəsi düşüb ki, bu da rekord göstəricidir.

DİGƏR XƏBƏRLƏR

Top