DSX 1 000 ədəd fototələ cihazı alır – 430 min manat xərcləyəcək


Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi  “Skytech İnternational” MMC (VÖEN – 1905676841) olub.
Yeniavaz.com
xəbər verir ki, qalib şirkət DSX-yə 1000 ədəd fototələ cihazı, 1000 ədəd SD kart (32GB 120 Gbs), 36 000 ədəd sadə AA batareya və 1000 ədəd “Azercell” sim nömrə (aylıq internet paketi 2 GB) satacaq və qarşılığında 430 min 464 manat alacaq.
Açıqlanan məlumatdan da göründyü kimi, 1 ədəd fototələ cihazı paket halında, yəni 32 GB SD kart, 36 ədəd AA batareya və 12 aylıq interneti olan sim nömrə ilə birgə 430,5 manat təşkil edir.
Qeyd edək ki, tender müsabiqəsinin qalibi olan “Skytech İnternational” MMC 20 iyun 2023-cü il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Suraxanı rayonu, Samir Cəfərov, ev 34, m. 266-da yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Hüseynova Leyla Elçin qızıdır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top