Təyyarə ilə uçmaq, yoxsa avtomobillə getmək daha təhlükəlidir? – Araşdırma


Bir çox insan təyyarə ilə uçmaqdan qorxsa da, yeni araşdırma bunun avtomobillə səyahətdən dəfələrlə təhlükəsiz olduğunu göstərib.
Yeniavaz.com
xəbər verir ki, “Daily Mail”in məlumatına görə, ABŞ-də aparılan araşdırmada müxtəlif nəqliyyat vasitələrinin ölümcül riskləri müqayisə edilib.
“Embry-Riddle” Aeronavtika Universitetinin tədqiqatçıları 2016-2025-ci illər üzrə kommersiya aviasiyasında ölüm halları ilə bağlı məlumatları digər nəqliyyat növləri ilə müqayisə ediblər.
Nəticələrə görə, eyni məsafə nəzərə alındıqda avtomobillə səyahət kommersiya təyyarəsi ilə uçuşdan 626 dəfə daha təhlükəlidir. Bütün yol nəqliyyatı üçün bu göstərici 674 dəfə, qatarla səyahət üçün isə 239 dəfə olub.
Motosikletlə səyahətin ölüm riski isə aviasiyasından 22 min 279 dəfə, velosipedlə səyahətin riski isə təxminən 12 min dəfə yüksək olub.
Şəhərlərarası avtobuslar da təyyarələrdən təxminən 9 dəfə daha riskli hesab edilib.
Araşdırmada bəzi istirahət fəaliyyətləri də müqayisə olunub. Xizək və snoubord zamanı ölüm riski təyyarə ilə uçuşdan 73 dəfə, suya tullanma zamanı 180 dəfə, marafon qaçışında 202 dəfə, paraşütlə tullanma zamanı isə 422 dəfə yüksək olub.
Tədqiqatçılar bildirirlər ki, insanların uçuşu təhlükəli hesab etməsinin əsas səbəblərindən biri təyyarə qəzalarının nadir olsa da, mediada geniş işıqlandırılmasıdır. Bu isə aviasiyanın real riskinin olduğundan daha yüksək qəbul edilməsinə səbəb ola bilər.

DİGƏR XƏBƏRLƏR

Top