Gürcüstan polisi Azərbaycan vətəndaşını saxlayıb

Gürcüstan Daxili İşlər Nazirliyinin mərkəzi kriminal polis departamentinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə baş idarəsinin əməkdaşları Tbilisidə narkocinayətlə əlaqədar Azərbaycan vətəndaşını saxlayıblar. "Qruziya-Online" portalı xəbər verir ki, 1985-ci ildə anadan olmuş vətəndaş E.İ. müvəqqəti yaşayış yerində saxlanılıb. Polis evdə axtarış zamanı külli miqdarda narkotik maddə aşkarlayaraq, maddi sübut kimi onları müsadirə edib. "Axtarış zamanı MDMA narkotik vasitəsi (ekstazi - red.) olan 727 həb, 52 plitə və tərkibində 15,07 qram çətənə qətranı olan narkotik maddə ələ keçirilib. Vətəndaş E.İ.-nin narkoloji yoxlaması nəticəsində onun narkotikdən istifadə etməsi faktı qeydə alınıb. Hazırda külli miqdatda narkotik maddənin qanunsuz şəkildə əldə edilməsi və saxlanması üzrə istintaq gedir", - DİN-in bəyanatında deyilir. Report

DİGƏR XƏBƏRLƏR

Top