
UEFA Çempionlar Liqasının ilk turunda Fransa çempionu və Çempionlar Liqasının son qalibi PSJ evdə Slovakiya çempionu “Slovan”la qarşılaşıb.
Yeniavaz.com xəbər verir ki, ispaniyalı Luis Enrikenin rəhbərlik etdiyi komanda 6:1 hesabı ilə qalib gəlib.
İspaniyalı hücumçu Ferran Torres het-trik edib, fransız hücumçu Usman Dembele isə iki qol vurub. İspaniyalı yarımmüdafiəçi Fabian Ruis də fərqlənib.
İngiltərə çempionu “Arsenal” İtaliyanın “Napoli” klubunun qonağı olub və norveçli yarımmüdafiəçi Martin Edeqarın qolu sayəsində 1:0 hesabı ilə qalib gəlib.
İngiltərənin “Liverpul” klubu evdə Madridin “Atletiko” komandasını 3-1 hesabı ilə məğlub edib.
Türkiyə təmsilçisi “Qalatasaray” isə səfərdə Portuqaliyanın “Sportinq” klubuna 3:1 hesabı ilə məğlub olub.
Tətbiqimizi yükləyə bilərsiniz