Üçtərəfli görüş baş tuta bilər


ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə üçtərəfli görüşün keçirilməsini isitisna etməyib.
Yeniavaz.com
xəbər verir ki, Tramp yaxın gələcəkdə Putinlə görüşə biləcəyini və Rusiya və Ukrayna prezidentləri ilə üçtərəfli görüş keçirə biləcəyini bildirib.
“Bu, baş verə bilər”, - deyə Ağ Ev rəhbəri qeyd edib.
Tramp həmçinin 8 sentyabrda Putinlə söhbətini “əla” adlandırıb və Rusiya liderinin razılaşma əldə etmək istədiyini əlavə edib.
Belə ki, sentyabrın 8-də Tramp və Putin telefonla Ukrayna münaqişəsinin həllini müzakirə ediblər. Putinin köməkçisi Yuri Uşakov bildirib ki, Tramp prezidentlik müddətinin sonuna qədər münaqişəni həll etmək niyyətində olduğunu ifadə edib. Liderlər həmçinin amerikalı danışıqçılar Stiv Uitkoff və Cared Kuşnerin müvafiq olaraq 5 və 6 sentyabrda Moskva və Kiyevə səfərlərinin nəticələrini yüksək qiymətləndiriblər.
Səfərlərdən sonra Uitkoff danışıqlar zamanı əlavə üçtərəfli görüşlərin planlaşdırılmasında irəliləyiş əldə edildiyini qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top