İnfantinoya qarşı kampaniya – 100 mindən çox imza toplandı


100 mindən çox insan Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasından (FIFA) təşkilatın prezidenti Canni İnfantino ilə bağlı araşdırma aparmasını tələb edən petisiya imzalayıb.
Yeniavaz.com
“Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə “FairSquare” qeyri-kommersiya təşkilatı məlumat verib.
İnfantino vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, siyasi neytrallıq prinsipini pozmaqda və təşkilatın maraqlarını qorumamaqda ittiham olunur.
İttihamlar arasında ABŞ Prezidenti Donald Trampla yaxın əlaqələr və ABŞ milli komandasının hücumçusu Folarin Baloqunun 2026-cı il Dünya Çempionatındakı diskvalifikasiyasının dayandırılmasında İnfantinonun müəmmalı rolu xüsusi yer alır.
Qeyd edək ki, avqust ayında “FairSquare” FIFA-nın İdarəetmə, Audit və Uyğunluq Komitəsinə məktub göndərərək, İnfantinonun yenidən seçilmək üçün uyğun olmadığının elan etməsini tələb etmişdi.
Difər tərəfsən, təşkilat Beynəlxalq Olimpiya Komitəsinə (BOK) şikayət ərizəsi təqdim etmiş və İnfantinonun 2020-ci ildə Lozannadakı BOK qərargahında kommersiya və siyasi maraqlardan asılı olmayaraq fəaliyyət göstərəcəyi ilə bağlı andını pozduğunu iddia etmişdi. Ancaq BOK şikayətə baxmaqdan imtina etmişdi.
Xatırladaq ki, 56 yaşlı İnfantino 2016-cı ilin fevral ayında keçirilən fövqəladə konqresdə FİFA prezidenti seçilib. Daha sonra o, iki dəfə yenidən rəqibsiz FİFA prezidenti olub.
Növbəti FİFA prezident seçkiləri 2027-ci ilin mart ayında keçiriləcək. Namizəd təqdim etmək üçün son tarix 18 noyabrdır.

DİGƏR XƏBƏRLƏR

Top