“Chrysler” 200 mindən çox “Jeep”i geri çağırır


“Stellantis” avtomobil istehsalı şirkətinin bir hissəsi olan “Chrysler” şirkəti ABŞ-də təxminən 202 000 “Jeep” avtomobilini geri çağırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi məlumat yayıb.
Məlumata görə, buna səbəb monitorinq sisteminin aşağı təkər təzyiqini aşkarlamasına və xəbərdarlıq işığını yandırmasına mane olan proqram təminatında baş verən xətadır.
İdarənin məlumatına görə, mövcud xəta qəza riskinin artmasına səbəb ola bilər.
Geri çağırma əsasən, “Grand Cherokee”, “Grand Cherokee 4XE”, “Grand Wagoneer” və “Grand Wagoneer L PHEV” avtomobillərinə təsir göstərir.
Problemi həll etmək üçün avtomobil satıcıları proqram təminatını pulsuz olaraq yeniləyəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top