Poroşenko və Merkel Donbasdakı vəziyyəti müzakirə edəcəklər

Bu gün Ukrayna prezidenti Pyotr Poroşenko Almaniyaya səfərə yola düşüb. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Poroşenkonun kansler Merkel ilə görüşü gözlənilir. Öz növbəsində Ukrayna xarici işlər naziri Pavel Klimkin "İnter" telekanalına verdiyi müsahibəsində deyib ki, səfərdən məqsəd Donbasdakı vəziyyəti, təhlükəsizlik, həmçinin əsrilərin azad edilməsi və "Normand" formatının daha effektli işləməsi məsələlərini müzakirə etməkdir. O həmçinin qeyd edib ki, əvvəlcə Poroşenkonun Berlinə səfəri fevral ayına planlaşdırılmışdı: "İki ölkə arasında əldə edilən razılığa əsasən Poroşenko fevral ayında Almaniyaya səfər etməli idi. Səfər zamanı Ukryana üçün önəmli olan təhlükəsizlik məsələləri müzakirəyə çıxarılması planlaşdırılmışdı". Bununla belə Klimkin səfərin vaxtının hansı səbəbdən dəyişilməsi ilə bağlı açıqlama verməyib.

DİGƏR XƏBƏRLƏR

Top