
Çeçenistan rəhbəri Ramzan Kadırov çeçen kişilərini uzun saqqal və qısa şalvarları dəb trendinə çevirməməyə çağırıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, o, bu barədə regionun yüksək vəzifəli təhlükəsizlik rəsmiləri ilə görüşündə bildirib.
“Bizdə çox uzun saqqallı kişilər var. Lakin onlar cümə namazlarına, məscidlərə getmirlər və bütün günü küçələrdə vaxt keçirirlər. Onlar uzun saqqalları və qısa şalvarları anlaşılmaz bir dəbə çevirirlər və gənc nəsil də təbii olaraq onları təqlid etməyə başlayır. Mən onlara müraciət edirəm: saqqallarınızı qısaldın və onları dinə uyğun şəkildə saxlayin”, - Kadırov qeyd edib.
Kadırov həmçinin çadra kimi Çeçenistan üçün xarakterik olmayan geyim tərzini mənimsəyən qadınlara da müraciət edib.
O, onlara İslam qaydalarına uyğun geyinməyə çağırıb və Çeçenistanda heç vaxt çadra kimi geyim ənənəsinin olmadığını qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz