
Serbiya Prezidenti Aleksandr Vuçiç hazırkı Xalq Skuptşinasının (birpalatalı parlament) buraxılması ilə bağlı fərman imzalayıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə xalqa müraciətində məlumat verib.
Vuçiç həmçinin, xalqa müaciətində 25 oktyabra növbədənkənar parlament seçkilərini təyin etdiyini elan edib.
Fərman dərc edildiyi gündən qüvvəyə minir.
Qanuna görə, parlamentin buraxıldığı gündən səsvermə gününə qədər ən azı 45 gün, ən çoxu 60 gün keçməlidir.
Qeyd edək ki, sentyabrın 7-də Serbiyanın Baş naziri Djuro Matsut Vuçiçə növbədənkənar seçkilərin keçirilməsi üçün ilkin şərt olan parlamentin buraxılması təklifini göndərmiçdi.
Xatırladaq ki, bundan əvvəl hakim Serbiyanın Proqressiv Partiyasının sədri Miloş Vuçeviç Vuçiçin qarşıdan gələn parlament seçkilərində partiyanın siyahısına başçılıq edəcəyini və baş nazir postuna namizəd olacağını bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz