
Türkiyənin Diyanət İşləri İdarəsinin keçmiş rəhbəri Mehmet Görmez 2016-cı ilin 15 iyulunda ölkəsində baş verən çevriliş cəhdi zamanı müsəlman dini liderlərin kömək təklif etdiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə TRT-də yayımlanan “Əsrlik gecə” bədii-sənədli filmində danışıb.
“Azərbaycan Dəyanət İşləri başkanı zəng edib dedi ki, “mənim özəl təyyarəm var. 250 igidi toplayıb gətirsəm, işə yarayarmı?”, - M.Görmez bildirib.
İlahiyyatçı Elşad Miri sosial şəbəkə hesabında sözügedən videonu paylaşaraq haqqında bəhs edilən şəxsin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə olduğunu iddia edib.
Tətbiqimizi yükləyə bilərsiniz