İmamoğluna həbsdə futbol izləmək qadağan olundu


İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) işi üzrə saxlanılan 51 məhbusun Superliqa oyunlarını izləmək hüququ məhdudlaşdırılıb.
Yeniavaz.com
“Sözcü”yə i­­stinadla xəbər verir ki, bu məhdudiyyət Silivri həbsxanasında cəzasını çəkməkdə olan sabiq İBB sədri Əkrəm İmamoğluna da şamil edilib.
Bildirilib ki, məhbuslar ötən il Superliqa matçlarını izləyə bilsələr də, yeni mövsümdən etibarən keçirilən oyunları izləmək mümkün olmayıb.
Həbsxana rəhbərliyi qərarın səbəbinin yayım hüquqlarını təmin edən distribütorla razılığa gəlinməməsi ilə izah edib.
Məhbusların lazım gəldiyi halda matçları izləmək üçün ödəniş etmək istəyi isə qəbul edilməyib.
Buna baxmayaraq, Metris və Maltepe həbsxanalarındakı məhbusların Superliqa oyunlarını izləməsinə hər hansı maneə yaradılmayıb.

DİGƏR XƏBƏRLƏR

Top