
ABŞ Prezidenti Donald Trampın ad dəyişdirmə təşəbbüsləri bu dəfə Nyu-Meksiko ştatına qədər uzanıb.
Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, Tramp ABŞ-nin Nyu-Meksiko ştatının adının “Yeni Amerika” olaraq dəyişdirilməsini təklif edib.
Tramp bu təklifini sosial media hesabında paylaşdığı xəritələrdə də nümayiş etdirib. O, “Yeni Amerika” adının ştat üçün daha “prestijli və gözəl” olacağını bildirib.
Bu təşəbbüs Trampın daha əvvəl Meksika körfəzinin adını “Amerika körfəzi”, Ontario gölünün adını isə “Amerika gölü” kimi dəyişdirməsi ilə bağlı addımlarından sonra irəli sürülüb.
Nyu-Meksiko ştatının qubernatoru Mişel Lujan Qrişam isə təklifi rədd edib. O bildirib ki, ştatın adı müzakirə mövzusu deyil və Nyu-Meksiko adı ABŞ yaranmazdan əvvəl də mövcud olub.
Qeyd edək ki, Tramp ötən həftə, İranla müharibə davam edərkən, həmçinin Hörmüz boğazının adının “Tramp boğazı” olaraq dəyişdirilməsini təklif etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz