Azərbaycan iqtisadiyyatı nə qədər böyüyüb? – Nef-qaz sektoru geriləyib


Bu ilin yanvar-avqust aylarında ölkədə 87 milyard 709,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ÜDM istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,2% artıb.
Qeyd edək ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,8% azalıb, qeyri neft-qaz sektorunda isə 2,1% artıb.
Məlumat üçün bildirək ki, əvvəlki dövrdə – yanvar-iyul aylarında ÜDM istehsalı neft-qaz sektorunda 0,6% azalıb, qeyri neft-qaz sektorunda isə 2,2% artıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top